Məşhur aktyorun gizli qız dostu - FOTO


Türk aktyor Kaan Urgancıoğlu yaz mövsümü bitmək üzrə ikən sirli sevgilisi ilə Çeşmədə görüntülənib.

Milli.Az SİA-ya istinadən xəbər verir ki, uzun müddət şezlongda söhbət edən ikili ayrı -ayrılıqda dənizə girib.

Kaan Urgancıoğlu işinin çox olması səbəbindən mövsümü yeni açıb. Onun seçimi Çeşmə olub.

Ötən gün sahildə, yanında da sevgilisi var idi. Bir müddət söhbət etdikdən sonra dənizə getdilər. Ancaq ayrı-ayrı!

Kaan Urgancıoğlu dənizdə keçmiş futbolçu Selçuk Şahinlə görüşərək zarafat edib.

Daha sonra sevgilisi özünü sərin sulara atıb.