Qızını 3 ay görə bilməyəcək


Model Tülin Şahin keçmiş əri Pedro de Noronhanın ona və yaş yarımlıq qızına şiddət göstərdiyini iddia edərək prokurorluğa müraciət edib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, modelin iddiası təmin edilib.

Qərara əsasən, şiddət təhlükəsi səbəb ilə Noronhanın qızı ilə münasibətləri məhdudlaşdırılıb. O, 3 ay ərzində övladını görməyəcək. Həmçinin müxtəlif ünsiyyət vasitələri ilə onu narahat etməsinə də qadağa qoyulub. 

Eyni zamanda, o, Tülinə də yaxınlaşa bilməyəcək.