Akyor-aparıcı Sərxan Kərəmoğlu “Bazar düzü” verilişində qonaq olarkən şou-biznesin hazırkı durumundan danışıb.
“Sherg.az” xəbər verir ki, o, pandemiya dövrünə tab gətirən sənətçilərin olduğunu söyləyib:
“Lakin tab gətirməyənlər də var. Şou-biznesdə bir-birimizə dəstək verməliyik. Manaf Ağayevlə gözəl söhbət etdik. Hətta danışa da bilərəm. Dedik ki, vaxt var idi, böyük qalmaqal olanda sənət adamını çağırırdılar, ayağının altında qurban kəsirdilər, söhbəti bağlayırdılar. Sülh və əmin-amanlıq hökm sürürdü. Amma indi biz aparıcılar, İnstaqram səhifələri şou-biznesi çox ucuz tanıdırıq. Hətta bizi görəndə adam yerinə qoyub salam da vermirlər”.
Samirə Ərəblinski