Zaur Xoşqədəmi müdafiəyə qalxdı:"...Efirə dönməlidir"

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində həmkarı Xoşqədəm Hidayətqızını müdafiə edib. 
"Sherg.az" xəbər verir ki, o, xanım aparıcı haqda mənfi fikir səsləndirən bir qadına bunları söyləyib:
"Kimsənin ağlına gəlməsin ki, proqramımda Xoşqədəm Hidayətqızını pisləyəcək, mən də ona şərait yaradacam. Heç vaxt! Çünki hamımız televiziyada çalışıb pul qazanırıq və xalqa xidmət edirik. Olmaz! Bu məqamlarda diqqətli olmaq lazımdır. İnşallah yaxın zamanda Xoşqədəm xanım da ekranlara qayıdar. Biz də gözləyirik. Bütün yükləri biz daşıyası deyilik ki... Əlbəttə, efirə dönməlidir. Kim yaxşılıq edirsə, Allah canını sağ eləsin".