Nazpəri İlhamə Quliyevadan danışdı:"Qarşıma sədd çəkdi."

Xalq artisti Nazpəri Dostəliyeva illər əvvəl ona qadağalar qoyan, efirlərdən, məclislərdən uzaqlaşdıran mərhum sənətkar İlhamə Quliyeva haqda danışıb. 
"Sherg.az" xəbər verir ki, müğənni "1 dəqiqə" proqramında bunları söyləyib:
"İ.Quliyeva qarşıma sədd çəkdi. Mənə bütün televiziyalara qadağalar qoydu. Amma mən onu bağışladım. Kim nə edirsə, özü üçün edir. O, yuxularıma girdi, məndən halallıq istədi, öz dili ilə dedi ki, Nazpəri, halallığımı ver. Ona görə əfv etdim. Düz üç il bir məclisə getmədim, efirlərdən uzaqlaşdırıldım. O zaman  anam onun yuxusuna girib, deyib ki, övladımın bir səhvi yoxdur, ona böhtan atılıb. Bunu İlhamə xanım dedi ki, anan yuxularıma gəlib. Ondan sonra hər şey dəyişdi, bütün qapılar üzümə açıldı"