Əlikram: “Anam ölən gün qonuşumuzun toyunda oxudum”

“İqtisadiyyat universitetinə qəbul olundum, amma həmin ixtisası sevmirdim. Anam isə inşaatçı olmağımı istəyirdi. Sonra dedim ki, bu iqtisadiyyatdır, ev tikmirsən, pul hesablayırsan”.

“Sherg.az” xəbər verir ki, bu sözləri “Onun sirri” proqramında müğənni Əlikram Bayramov deyib. O, həyat hekayəsindən danışarkən kövrəlib:

 “Öz ixtisasımda çalışsam, asan pul qazanardım. Müğənnilikdə isə çətin gəlir əldə etdim. Anam üçün canımı verərdim. O rəhmətə gedən gün qonuşumuzda toy var idi. Orada bir mahnı oxudum, dedim ki, bir tərəfdə toy-nişandır, digərində yas. Gözümün yaşı axsa da, qonuşumun toyunu saxlaya bilməzdim. Əhd etmişdim ki, anamı özüm torpağa tapşıracam. Bacım ölməsəydi, anam çox yaşayardı. Elə düşünürəm ki, anama vəfasızlıq etmişəm”.