Elgiz onu təhqir edəni ifşa etdi:“Onu görəndə şok oldum”

"İki il bundan öncə bir nəfər məni sosial şəbəkələrdə təhqir edirdi. Haqqımda xəbər paylaşılanda ancaq mənə təhqiramiz sözlər yazırdı. Bu hal təkrarlansa da, fikir vermirdim".
"Sherg.az" xəbər verir ki, bu sözləri "Elgizlə izlə" proqramında aparıcı Elgiz Əkbər söyləyib. O, bir vaxt ünvanına təhqirlər yazan şəxsdən bəhs edib:

"Artıq öz hesabımda da məni təhqir etməyə başladı. Ardınca özü xəbər səhifəsi açdı, izləyici yığmaq üçün ictimaiyyətin tanıdığı adamları təhqir etdi. 

Elə başa düşdü ki, bu yolla pul qazanacaq. Belə çıxır ki, biz bunun üçün qurbanlıq qoyunlarıq. Bir gün Xatun mənə həmin səhifəni göndərdi, dedi ki, orada sənət dünyasında olan insanları təhqir edir, səni də həmçinin. 

Deməli, mənim öz profilimi ələ keçirib, yayımlandığım şəkillərimi oğurlayıb öz səhifəsində paylaşıb. Dedim, bunu bağışlamaram,

 Hüquq - mühafizə orqanlarına müraciət etdim. Həmin şəxsi iki günə tapdılar, mənə də maraqlıdır ki, axı bu kimdir.

 Qapı açıldı, baxdım ki, boyu balaca, stulda əyləşəndə ayaqları yerə çatmayan bir adamdır. Mən şok oldum. Söylədim ki, sən bu halınla mənə ağzına gələni yazırdın?

  Qayıtdım ki, heç olmasa evdən çıxanda güzgüyə baxırsan? Sonra ailəsi gəldi xahiş etdilər".