"600 manat ziyan vurdu" - Fatimə günahkarı tapa bilmir

Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyevanın avtomobilinə ziyan vurublar.
Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, hadisəni kimin etdiyi bilinmir:

"Polisə şikayət etmədim. Kim etdi onu da bilmədim. Kameraları açdırdım, baxdıq. Amma tapa bilmədim".

Fatimə əlavə edib ki, ona 600 manata yaxın ziyan dəyib.  

Qeyd edək ki, sənətçi "İndi maşınsızam. Avtomobilimi cızıblar. Kimsə ürəyimə bıçaq salıb cızıq-cızıq etmək istəyib. Onu da maşınımın üstündə ediblər" deyə, o söyləyib.