Sərxan OD PÜSKÜRDÜ: "Aysunun evliliyinə onsuz da inanmadım" - VİDEO

"Aysun İsmayılovanın bu evliliyinə onsuz da inanmadım. O yanındakı bəyə də inanmadım. Onların toyu başdan-ayağa oyun idi. Bu oyuna inanan axmaq insandır".  

Sherg.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri aktyor Sərxan Kərəmoğlu "MTV maqazin" verilişinə müsahibəsində deyib.  

Aysun İsmayılovanın evliliyinə inanmadığını söyləyən sənətçi onu ağılsız adlandırıb.  

"Aysun şou üçün evlənmək istəsəydi, o bu evliliyin zamanını uzadardı, hamilə qalardı, ondan sonra ayrılardı. Buradan belə çıxır ki, Aysunda biclik yoxdur. Aysunun ağlı olsaydı, bu addımı atardı. Onsuz da bizim şou cameəsində hamı uşaq, şou, "evlənib-boşandı" üçün ərə gedir. Sonra da yəni sərbəstdir və bütün təkliflərə "Hə" cavabı verməyə açıqdır. Aysun o biclikləri eləsəydi, indi bir uşağı olmuşdu".  
S.Kərəmoğlu Aysunun anası müğənni Rəqsanə İsmayılovanın da "bostanını daş-qalaq" edib. Aktyor müğənnini yalançı olmaqda günahlandırıb.  

"Rəqsanənin bir kəliməsinə də inanmıram. Amma Aysuna inanıram. Şou-biznesin 95 faizi yalançıdır. Mən Aysun üçün ən çətin olan bir işi belə görərəm. Çünki Aysun səmimi, təmiz, pakdır. O, ərə getsə də, otuz yaşı olsa da, uşaqdır, safdır".