Şakira atasının ayağından öpdü: Müğənni sevincini  paylaşıb

“Barselona” futbol komandasında çıxış edən ispan ulduz Jerar Pike ilə 12 illik münasibətinə son qoyan məşhur müğənni Şakira pərəstişkarları üçün sosial media hesabında ürəkaçan video paylaşıb.
“Şərq” xarici mediaya istinadən xəbər verir ki, Kolumbiyalı müğənni xəstəxanada fiziki müalicə alan 91 yaşlı  atası Uilyam Mebarak Çadidi ziyarət edərək  onun ayaqlarını tərpətməyə kömək edərkən görüntülənib.


 
45 yaşlı müğənni atasının ayaqlarını tərpətdiyi zaman qələbə sevincini bölüşüb.
"Və həyat bəzən xəstəxana ziyarətləri və Halloween geyimləri arasında baş verənlərdir" deyə müğənni qeyd edir.
Atasının ayağından öpərək xoşbəxtliyini dilə gətirən məşhur müğənninin paylaşımına izləyiciləri tərəfindən şərh və bəyənmə gəlib.

Jerar Pikenin ayrılması ilə gündəmə gələn kolumbiyalı müğənni "Elle" jurnalına müsahibəsində ayrılmaq qərarından danışıb. 45 yaşlı müğənni "Səssiz qalmağa və hadisələri həzm etməyə çalışdım. Bu barədə danışmaq həqiqətən çətindir" deyə vurğulayıb.

Turan