"Yaxşı ki, övladım yoxdur"

Türkiyəli aparıcı Saba Tümer müsahibəsiylə gündəmə gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı müxbirin "Sizi ən narahat sual hansıdır" sözlərinə belə cavab verib:

"Niyə uşaq dünyaya gətirmədin sualını verməkdən yorulmadılar. Hər dəfə də eyni cavabı verirəm. Çünki istəmədim. Yaxşı ki, övladım yoxdur. Keçən dəfə biri "Yaşlananda sənə baxacaq biri olacaq" dedi. Uşaq dünyaya gətirirsiniz, yoxsa özünüzə baxıcı axtarırsınız? Pulun varsa, hamı dayədir".