“Mənimlə dost olmaq istəyən azərbaycanlı musiqiçiləri gözləyirəm” - Kalben

Türkiyəli sənətçi Kalben Sağdıç 13 oktyabrda Bakıda konsert proqramı ilə çıxış edib. 

Sherg.az xəbər verir ki, Pi Events- in təşkilatçılığı, SeFa Medianın media dəstəyi ilə baş tutan gecəyə Hayal Kahvesi ev sahibliyi edib. 

O, çıxışına Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısı ilə başlayıb. “Yara”, “Saçlar”, “Sadece”, “Yalakanım bebeğim” kimi mahnılarını səsləndirib və böyük alqışla qarşılanıb.

Çıxışdan əvvəl jurnalistlərin suallarını cavablayan ifaçı Bakını çox sevdiyini, mart ayında baş tutan konsertində 4 gününü Bakıda keçirdiyini, sərgilərə, kitabxanalara getdiyini və heyran qaldığını bildirib. 

Həmçinin Kalben Şövkət Ələkbərovanın “Mən çox gün görmədim” adlı mahnısını ifa etmək istədiyini bildirib.

Elmar İbrahimli