Rihanna Türkiyəyə gəlir?- Məşhur menecer İstanbuladadır 

Dünyaca məşhur Barbadoslu müğənni Rihannanın Türkiyədə konsert verəcəyi iddia edilib. Ulduzun fevral ayında xüsusi bir konsert üçün İstanbulda pərəstişkarları ilə görüşəcəyi bildirilir.

Sherg.az xəbər verir ki, əvvəl dəfələrlə Türkiyədə olan və verdiyi konsertlərlə hər kəsi heyran edən Rihannadan daha bir sürpriz olacaq. Ötən gün dünyaca məşhur menecer Mani Nordine İstanbula xüsusi qonaq kimi gəlib.
Dostları ilə dəbdəbəli restoranda nahar etdikdən sonra qaldığı otelə gedən məşhur menecer jurnalistlərin suallarını cavablandırmayıb. Məşhur menecerin Türkiyəyə niyə gəldiyi də məlum olub.
"Takvim"in xəbərinə görə, bir müddətdir İstanbulda danışıqlar aparan Nordine Rihannanı İstanbula gətirəcək. Dünya şöhrətli ulduz müğənni fevralda xüsusi konsertdə iştirak edəcək.


Təxminən 10 il əvvəl "Beşiktaş" stadionunda Rihannanın möhtəşəm konserti olub və minlərlə insan dünyaca məşhur ulduzu dinləməyə gedib.

Bir müddət İstanbulda qalacaq məşhur menecer Mani Nordine intensiv görüşlər keçirəcək.