Cansel Elçin Zidanla xatirəsindən danışdı!

Türk aktyor  Cansel Elçin ötən ilin oktyabrında İspaniyada tətili zamanı 20 il əvvəl bir avtomobil markasının reklamında rol aldığı fransız futbolçu Zinəddin Zidanla qarşılaşıb. Elçin futbol əfsanəsi haqda danışıb.

Sherg.az türk  mediasına istinadən xəbər verir ki, həmkarı Zeynep Tuğçe Bayatla xoşbəxt ailə quran Cansel Elçin ötən gün "Nişantaşı City"-də görüntülənib. Cansel Elçin 50 yaşlı məşhur keçmiş fransız futbolçu və məşqçi Zinəddin Zidanla xatirələrini bölüşüb.

"20 il əvvəl reklamda çəkilmişdik, o vaxt gənc idim. Yenidən bir araya gəldik. 20 ildən sonra yenidən görüşmək xoş idi. Məni xatırladı. Heç dəyişməyib. Gözəl insandır".