Evrim Alasya: Kişi kimi davranan kişilərə həsrətəm

Məşhur aktrisa Evrim Alasya qonaq olduğu proqramda "Kişi kimi davranan kişilərə həsrətəm" deyib.

Sherg.az xəbər verir ki, "Kızılcık Şerbeti" serialında "Kıvılcım" obrazını canlandıran Evrim Alasya Saba Tümerin YouTube kanalında qonaq olub. Münasibətlərdən danışan Evrim Alasya "Kişi kimi davranan kişilərə həsrət qaldım" deyib.

Məşhur aktrisa belə davam edib: "O kiçik nəzakət qaydaları belə artıq yoxdur. İnsanları bir şeyə məcbur edəndə mənasız olur. Əcəba, "bu vəziyyət biz qadınlardanmı qaynaqlanır? deyə özümə sual verirəm. Bunlar nəzakət qaydalarıdır və belə biliklər yeni nəsildə heç yoxdur".