Ən səxavətli Elton Con olub: O, gündə 74 min funt sterlinq ianə verir 

Böyük Britaniyalı müğənni Elton Conun xeyriyyə təşkilatlarına gündə 74 min funt sterlinq bağışladığı bildirilib.

Sherg.az xəbər verir ki, 77 yaşlı əfsanəvi müğənni Elton Con İngiltərənin ən səxavətli adamı olub. Daily Mail-in məlumatına görə, Con hər saat xeyriyyə təşkilatlarına 3000 funt sterlinqdən çox pul bağışlayır.

“Sir” ünvanı ilə tanınan müğənninin sərvəti 450 milyon funt-sterlinqdir. Gündəlik 74 min sterlinq pulu seçdiyi xeyriyyə təşkilatlarına bağışlayan sənətçi ildə 27 milyon sterlinq ianə edir. Bu onu Britaniyanın ən səxavətli məşhuru edib.

Məşhur müğənni bu göstərici ilə "Harri Potter" kitablarının müəllifi J. K. Roulinqi geridə qoyub. Saatda 3060 funt sterlinq ianə  edərək ikinci yeri tutan müəllifi Formula 1 pilotu Lyuis Həmilton izləyib.