Serdar Ortaçın anası: "Oğlumun evlənməsini istəmirəm, qoy səyahət etsin, əylənsin!"

Həyatında yeni səhifə açan 54 yaşlı Serdar Ortaç ötən gecə "Harbiye Open Air" səhnəsində konsert verib. Ortacı dinləməyə gələnlər arasında onun anası Nesrin Ortaç da olub.

Jurnalistlərin suallarını cavablandıran Nesrin xanım “Hər konsertdə olduğu kimi indi də çox həyəcanlıyam. Oğlum siqareti və spirtli içkiləri atdı. İndi baxmağa gəldim. O, bundan sonra bir daha istifadə etməyəcək”, - deyə o bildirib.

Ana Nesrin Ortaç: "Sərdar Ortaçın evlənib ata olmasını istəyirsən?"  sualına belə cavab verib:

"Mən onun evlənib ata olmasını istəmirəm. Qoy səyahət etsin, gəzsin, əylənsin. Sağlığı yerində olsun yetər". 

Oğlunun çətin anlarında ona heç nə demədiyini  söyləyən Nesrin Ortaç "Sərdar mənə bir şey deməz" deyib.

Serdar Ortaç 2014-cü ildə irlandiyalı model Chloe Loughnan ilə ailə həyatı qurub. Məşhur cütlük 2019-cu ildə hadisəli şəkildə yollarını ayırıb.


Oğlunun zor zamanlarında kendisine bir şey anlatmadığını söyleyen Nesrin Ortaç, “Serdar bir şey anlatmaz” dedi.