ATV-nin qalmaqallı verilişi efirdən YIĞIŞDIRILDI


ATV-nin zaman-zaman müzakirə yaradan verilişi “Rəngarəng səhər” növbəti mövsümündə yayımlanmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə proqramın aparıcısı Zaur Nəbioğlu mövsüm finalında məlumat verib:

“Aysel, sənə təşəkkür edirəm. Gələn mövsüm bərabər olmayacağıq. Bu “Rəngarəng səhər” olmayacaq. Bu necə olacaq, nə cür olacaq? Gələn mövsüm biləcəyik”.