Tolqa Sarıtaş  Zeynep Mayrukla evləndi!


Məşhur aktyor Tolqa Sarıtaş 14 fevral Sevgililər Günündə uzun müddətdir birlikdə olduğu modelyer sevgilisi Zeynep Mayrukla evlilik təklifi edib.

Sherg.az xəbər verir ki, məşhur cütlük ötən gecə Çeşmədə toy edib. Beş ilə yaxındır birlikdə olan cütlüyü ailələri və dostları da tək qoymayıb. Zeynep Mayruk krujeva detallı straplez model gəlinlik seçib. Sarıtaş ağ smokin geyinib.

Mayruk sosial media hesabında "Sən və mən. 27.06.2024" qeydi ilə toydan şəkli paylaşıb.

Cütlüyün toyuna Engin Akyürek, Alina Boz, Umut Evirgen, Melis Birkan, Aras Aydın, Hatice Şendil, Burak Sağyaşar, Sarp Akkaya, Sinem Akkaya, Özgür Çevik və Hatice Kartoğlu kimi bir çox məşhur isimlər qatılıb.