“Sən heç evlənməmisən?”: Hülya Avşarın Məryəm Üzərliyə sualı gündəmi silkələyib

“Möhtəşəm yüz il” dizisindəki Hürrəm Sultan obrazı ilə könülləri fəth edən aktrisa Məryəm Üzərli Türkiyənin məşhur ifaçısı, bir zamanlar filmlərdə maraqlı xarakterlər canlandıran Hülya Avşarın "YouTube" kanalındakı proqramına qonaq olub. Yaş fərqlərinə baxmayaraq, xarici görünüş cəhətdən Məryəm Üzərlidən heç də geri qalmayan  Hülya Avşarın aktrisaya sualı isə gündəmi silkələyib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Hülya Avşar M.Üzərliyə “Sən heç evlənməmisən. Niyə? Niyə səninlə evlənməyiblər?” soruşub, ardınca da ifadəsinə düzəliş verərək “səni niyə qaçırdılar”, deyə sual edib. Bu suallar Məryəm Üzərlinin sevgi barədə fikirlərini ifadə etməsindın sonra verilib. M.Üzərli “sevgi nə vaxt uğurlu sayılır? Biri ilə bərabər olub onunla həyatının sonunadək birlikdə olduqda, bu, sevgidə uğur sayılırmı? Ya da sevgililər bir-birindən ayrılırsa, bu, sevgidə uğursuzluqdurmu? Məncə, sevgidə uğur, uğursuzluq deyə bir şey yoxdur”, deyib. Hülya Avşar da bu açıqlamadan sonra Məryəm Üzərlini sual atəşinə tutub. Qarşılığında aktrisa “bu, mənimlə evlənmədilər, demək deyil. Bəzən sən  həyatı yaşayırsan, bəzən həyat səni yaşayır. Bir dönəm həyat məni yaşadı. Mənim üçün önəmli olan insanın bilmədən xətaya yol verməsidir, bilərəkdən xəta etməsi yox”, cavabını verib. Sosial şəbəkələrdə isə Hülya Avşarın davranışı qınanıb. Yenidən paylaşım edən Avşar qızı “3-4 gündür bitmir bu söz-söhbət. Amma mən qonağımla söhbətdən çox məmnun qaldım. Hətta Məryəmə yayımlanacaq videonu öncədən göndərdik, razılığını aldıq, sonra yayımladıq. O da proqramdan razı qalıb. Təpkiləri normal qəbul edirəm. Amma mən Məryəmi əsla qısqanmadım, əksinə, ona heyran qaldım”, yazıb.