Aktrisa DNA testi ilə təəccübləndirdi: Merilin Monronun nəslindən imiş

Türkiyəli aktrisa Burcu Binici həmkarları arasında ən çox DNA testi etdirməsiylə məşhurdur. 
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, repçi Tankurt Manas ilə boşandıqdan sonra aktrisa müxtəlif  DNA testləri etdirib. Hər dəfə də testlərin nəticələri təəccüb doğurub. Bundan əvvəl DNA müayinəsi zamanı genlərinin məşhur amerikalı aktrisa, dünya şöhrətli Merilin Monronun genləri ilə uyğun gəldiyini açıqlayan Burcu Binici az qala özünü amerikalı elan edəcəkdi. Aktrisa buna əmin olmaq üçün daha bir neçə dəfə DNA müayinəsi etdirib. Sonrakı DNA müayinələri zamanı isə tamam fərqli nəticələr ortaya çıxıb.  “2.Səhifə”nin xəbərinə görə, Burcu Binici sosial mediada paylaşım edərək  “DNA testi etdirdim. Bu dəfə gürcü və laz kökənli “çıxdım”, yazıb. Aktrisa nəsil şəcərəsinin Qafqaza gedib çıxdığını qeyd edib: “Nəsil-köküm  Qafqazdan gəlirmiş. DNA müayinəsi etdirdim və çox təəccübləndim. Qafqazdan olduğumu biləndə, heyrət etdim. Bunu heç ağlıma da gətirməmişdim”.