Britni Spirs: Bir daha heç bir kişini həyatıma buraxmayacağam

Sosial şəbəkələrdəki paylaşımları ilə hər zaman gündəmdə olan məşhur müğənni Britni Spirs son aylarda Sam Asgari ilə yollarını ayırıb. Daha sonra yeni sevgiyə yelkən açan ulduz həyatında heç kimin olmadığını deyib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, qalmaqalları ilə tez-tez adı hallanan məşhur müğənni Britni Spirsin son aylarda qaldığı oteldə əsəb böhranı keçirdiyi iddia edilib.

Keçmiş sevgilisi Pol Riçard Solizlə dava edən müğənninin vəziyyətinin yaxşı olmadığı və müğənniyə təcili yardım çağırıldığı bildirilib. Müğənni otelin qapısında ayaqyalın və əlində ədyalla görüntülənib.

42 yaşlı Spirs sosial media hesabında açıqlama verib və dava iddialarını təkzib edib.

Məşhur müğənni sonuncu dəfə sosial şəbəkə hesabında “Mən subayam” deyərək paylaşım edib və daha sonra bu paylaşımı silib.

Daha sonra müğənni: "Bir daha heç bir kişini həyatıma buraxmayacağam!" deyib.

Spirs və Sam Asghari 14 aylıq evlilikdən sonra boşanmaq qərarına gəliblər. Spirs və 30 yaşlı model Asgari ayrılıq elanından 9 ay sonra razılığa gəliblər.
İndi cütlük nikah müqaviləsinin şərtlərinə uyğun olaraq boşanır.

Müqavilənin təfərrüatları hələ tam məlum deyil. Lakin iddialara görə, pop ulduz Asgarinin kirayə pulunu ödəyir.

Məhkəmə sənədlərinə görə, Sem Asgari bildirib ki, onların rəsmi ayrılma tarixi evliliklərinin ilk ildönümündən bir neçə həftə sonra olub.

Ayrılıq qərarı ilə bağlı Asgari, "6 illik sevgi və bağlılıqdan sonra həyat yoldaşımla yolumuza ayrı davam etmək qərarına gəldik. Hər zaman bir-birimizi sevəcək və hörmət edəcəyik. Ona ən yaxşısını arzulayıram. Bunlar olur!" deyə bildirib.