"The Shining" filminin ulduzu Şelli Duval yuxuda ölüb

Adı kino tarixinə qızıl hərflərlə yazılmış Stenli Kubrikin “The Shining” filminin məşhur ulduzu Şelli Duval 75 yaşında dünyasını dəyişib. Filmdə Cek Nikolsonun atdığı baltadan qaçan və ifası ilə yadda qalan aktyorun şəkər xəstəliyindən yaranan fəsadlar səbəbilə yuxuda öldüyü bildirilib.

1989-cu ildən aktyorun həyat yoldaşı olan Den Gilroy “Əziz, şirin, gözəl həyat yoldaşım və dostum bizi tərk etdi. Son vaxtlar çox ağrıyırdı, indi azaddır. "Uç, gözəl Şelli."

Duvall 2016 "Phil"in bir epizodunda  ruhi xəstəlikdən əziyyət çəkdiyini "Çox xəstəyəm. Kömək lazımdır" sözləri ilə izah edib.

"The Shining" filmində aktrisa yavaş-yavaş çılğınlaşan yazıçı əri (Nikolson) və onların kiçik oğlu (Danny Lloyd) ilə birlikdə boş "Overlook" otelində çətin bir qış keçirən Wendy Torrance rolunu canlandırırdı.

1981-ci ildə “People” jurnalına müsahibə verən aktrisa rejissor Kubrikin onu “həftələr boyu gündə 12 saat ağlatdığını” və “Bir daha heç vaxt bu qədər çoxunu verməyəcəyəm. Əziyyət çəkmək və buna sənət demək istəyirsənsə, davam et, amma mənimlə deyil", - o əlavə edib.

Aktrisa bütün karyerası boyunca Popeye, Insanity, Ennie Hall, Three Women, Nashville və Time Bandits kimi filmlərdə çəkilib.