Keti Perri 4 ildən sonra yeni albomunu açıqladı 

Amerikalı müğənni Keti Perri uzun müddətdən sonra albom buraxır. Müğənni yeni albomunun adının “143” olacağını açıqlayıb.

Sherg.az xəbər verir ki, müğənninin altıncı albomu sentyabrın 20-də musiqisevərlərin görüşünə gələcək. Pop müğənni albomun adını və çıxış tarixini sosial media hesabında açıqlayıb. "143" 1990-cı illərin əvvəllərində peycerlər vasitəsilə göndərilən mesajlarda tez-tez istifadə edilən "Mən səni sevirəm" kodudur.

Müğənni "Qadın dünyası" adlı albomunun baş trekini təqdim edib. Perri 2020-ci ildə "Smile" adlı son albomunu musiqisevərlərə təqdim edib.