İsveçrəyə getdilər: Əri və oğlu ilə yeni fotosunu paylaşdı

Usta sənətçi Kayahanı itirdikdən illər sonra xoşbəxtliyini musiqiçi Alper Kömürcüdə tapan İpek Açar 2019-cu ildə ailə həyatı qurub. Birlikdə xoşbəxt olan məşhur Açar və Kömürcü 14 dekabr 2023-cü ildə oğullarını qarşılayıb.
Sherg.az xəbər verir ki, oğlunun adını Ömər Alp qoyan İpek Açar bir neçə həftə əvvəl körpəsinin üzünü ilk dəfə göstərib.

Açarın dua və ürək emojisi ilə paylaşdığı kadrda Ömər Alp atası Alper Kömürcü ilə müqayisə edilib.


Hazırda analıq sevinci yaşayan İpek Açar əri Alper Kömürcü və oğlu Ömər Alp ilə İsveçrəyə gedib.

İsveçrənin Cenevrə şəhərinə gedən məşhur cütlüklərdən İpek Açar xoşbəxt ailə pozasını izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, İpek Açarın mərhum sənətçi Kayahanla evliliyindən Aslı Gönül adlı 24 yaşlı qızı var.