Sosial şəbəkələrdəki paylaşımları ilə gündəmə gələn məşhur estrada müğənnisi Serdar Ortaç son zamanlar keçmişlə bağlı təəssüfünü tez-tez dilə gətirir.
Sherg.az xəbər verir ki, bir müddət əvvəl spirtli içkiləri atdığını açıqlayan məşhur ad YouTube-da "Free Kick" adlı proqramın qonağı olub.
Qumar vərdişinin həyatını alt-üst etdiyini dəfələrlə dilə gətirən Serdar Ortaç "Nə qədər itirdin?" sualına cavab verib.
"Çoxdur. İndiki pulla deyə bilmərəm. 10-15 ev getdi. Hər yerdə evlər vardı. Əli Sami Yen stadionununun yanında 10-11 mərtəbəli göydələnim vardı. Hamısı getdi, dünyam getdi. Bir oturduğum ev qaldı, bunun da borcu var. Olsun, sağlığım getdi, o gəlsin".
Serdar Ortaç daha əvvəl "Bu həyatda səni ən çox üzən hadisə hansıdır?" sualına belə cavab vermişdi:
“Ölümlər, çox pul itirdim, çox qumar oynamağım məni məhv etdi. İndi yox, amma çox gecdir. And içirəm ki, heç kim qalib gələ bilməyəcək. Bazar ertəsi bir dəfə qalib gəlsə, çərşənbə 2 dəfə uduzur. Özünü itirirsə, 10 gedir. 10 lirəni geri almaq üçün 10 il lazım olacaq. Qazansam mən qazanırdım. 35 ildir ki, oynayıram. İnsan ancaq öz peşəsindən qazanır. Ən yaxşı evlərdə yaşayırdım və ən yaxşı maşın sürmüşəm. Hər şeyin ən lüksünü yaşadım. Belə bir həyat yoxdur."
Serdar Ortaç ötən həftə həyatı və musiqi karyerası ilə bağlı xatirələrini izləyiciləri ilə bölüşüb. Məşhur adın paylaşımları böyük marağa səbəb olub.