Məşhur aktrisa Alina Boz (26) və menecer Umut Evirgen (34) ötən ilin dekabrında həyatlarını birləşdirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, cütlük instaqram hesablarında bir-birinin ardınca paylaşım edərək evliliklərinin birinci ildönümünü qeyd ediblər.
Umut Evirgen toydan fotoları yerləşdirərkən, "Bir ilin şərəfinə..." qeydini yazmağı da unutmayıb. Alina Boz da İnstaqram hesabında oxşar kadrlar paylaşıb.
Umut Evirgen ona verilən "hamiləlik" suallarına “Alinanın 48-49 kilo olduğunu görmürsən? Evlənəndə “Hamilə olduğu üçün evlənir” deyirdiniz. Beləliklə, 12 ay keçdi. Əgər belə olsaydı, yəqin ki, dünyaya gətirərdi” deyə cavab verib. Jurnalistlərin "Belə bir fikrinix varmı?" sualına Evirgen gülərüz cavab verib:
"Kişi tərəfi həmişə bunu istəyir, qadın tərəfi gözləyirik. Budur başlıq, yandıq”.