Kreml Putin-Tramp telefon danışığının təfərratlarını açıqlayıb - YENİLƏNİB-1
Yusif Nəzərli
17:50 18.03.2025
Gündəm
415
Kreml Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla telefon danışığının yekunu ilə bağlı məlumat yayıb.
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatda liderlərin Ukrayna ətrafındakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsini davam etdirdikləri qeyd olunub.
"Vladimir Putin hərbi əməliyyatlara və insan itkilərinə son qoymaq kimi nəcib məqsədə nail olmaqda kömək etmək istəyinə görə Donald Trampa minnətdarlığını bildirib.
Münaqişənin sülh yolu ilə həllinə əsaslı sadiqliyini təsdiq edən Rusiya Prezidenti amerikalı tərəfdaşları ilə hərtərəfli, davamlı və uzunmüddətli olmalı olan nizamlanmaya nail olmağın mümkün yollarını hərtərəfli araşdırmaq üçün işləməyə hazır olduğunu bəyan edib. Əlbəttə ki, böhranın əsas səbəblərini, Rusiyanın təhlükəsizlik sahəsində qanuni maraqlarını aradan qaldırmaq üçün mütləq ehtiyacı nəzərə almaqla ABŞ Prezidentinin 30 günlük atəşkəs rejiminin tətbiqi təşəbbüsü kontekstində Rusiya tərəfi bütün döyüş təmas xətti boyunca mümkün atəşkəsə effektiv nəzarətin təmin edilməsi, Ukraynada məcburi səfərbərliyin dayandırılması və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanmasının zəruriliyi ilə bağlı bir sıra mühüm məqamları qeyd edib. Dəfələrlə sabotaj edən və əldə olunmuş razılaşmaları pozan Kiyev rejiminin danışıqlar apara bilməməsi ilə bağlı ciddi risklər də qeyd edilib. Ukrayna silahləlarının Kursk vilayətinin mülki əhalisinə qarşı törətdiyi vəhşi terror cinayətlərinə diqqət çəkilib.
Vurğulanıb ki, münaqişənin genişlənməsinin qarşısının alınması və onun siyasi və diplomatik yollarla həllinə çalışmağın əsas şərti xarici hərbi yardımın tamamilə dayandırılması və Kiyevə kəşfiyyat məlumatlarının verilməsi olmalıdır.
Donald Trampın Kursk vilayətində mühasirəyə alınmış ukraynalı hərbçilərin həyatlarını bağışlamaq barədə bu yaxınlarda etdiyi müraciətlə əlaqədar Vladimir Putin təsdiq edib ki, Rusiya tərəfi humanitar mülahizələri rəhbər tutmağa hazırdır və onların təslim olduğu təqdirdə Rusiya qanunlarına və beynəlxalq hüquq normalarına uyğun olaraq Ukrayna Silahlı Qüvvələri əsgərlərinin həyatına və onlara layiqli rəftarına zəmanət verir.
Telefon danışığı zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə zərbə endirməkdən qarşılıqlı imtina təklifi irəli sürüb. Vladimir Putin bu təşəbbüsə müsbət cavab verib və dərhal Rusiya hərbçilərinə müvafiq əmr verib.
Rusiya prezidenti Donald Trampın Qara dənizdə gəmiçilik təhlükəsizliyi ilə bağlı tanınmış təşəbbüsü həyata keçirmək fikrinə də konstruktiv cavab verib. Belə bir sazişin konkret təfərrüatlarının daha da işlənib hazırlanması üçün danışıqlara başlamaq razılaşdırılıb.
Vladimir Putin bildirib ki, martın 19-da Rusiya və Ukrayna tərəfləri arasında 175/175 nisbətində əsirlərin mübadiləsi aparılacaq. Bundan əlavə, xoşməramlılıq əlaməti olaraq Rusiyanın tibb müəssisələrində müalicə alan 23 ağır yaralı ukraynalı hərbçi Kiyevə təhvil veriləcək.
Liderlər ikitərəfli qaydada, o cümlədən ABŞ prezidentinin yuxarıda qeyd olunan təkliflərini nəzərə alaraq, Ukrayna nizamlanmasına nail olmaq üçün səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər. Bu məqsədlə Rusiya və Amerika ekspert qrupları yaradıldığı qeyd olunub", deyə Kremlin Putin-Tramp telefon danışığı barədə yaydığı məlumatda qeyd olunub.
***
21:33
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, Putin və Tramp telefon danışığında Ukrayna ətrafındakı vəziyyətlə bağlı ətraflı və səmimi fikir mübadiləsini davam etdiriblər.
Putin Trampı martın 19-da Rusiya və Ukrayna tərəfləri arasında 175-in 175-ə məhbus mübadiləsi aparılacağı barədə məlumatlandırıb.
Putin və Tramp dünyada sabitlik üçün ortaq məsuliyyətləri fonunda ikitərəfli münasibətlərin normallaşdırılmasının tərəfdarı olduqlarını bildiriblər.
Rusiya Federasiyası və ABŞ prezidentləri telefon danışığında qaldırılan bütün məsələlərlə bağlı təmasları davam etdirmək barədə razılaşıblar.
***
19:20
ABŞ Prezidenti Donalda Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı təxminən 1 saatdır davam edir.
APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, Tramp və Putin yerli vaxtla saat 10:00-dan bəri telefon danışığı aparır.
Oxşar xəbərlər
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
10:24 15.11.2026
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq