“Karadayı”, “Yenidən Sevgi”, “Bizim Hekayə”, “Qırmızı Otaq” və “Bir Gecə Nağılı” kimi bir çox layihədə rol alan gənc aktrisa Su Burcu Yazgı Coşkun 15 aprel tarixində 20 yaşını qeyd etdi.
Sherg.az xəbər verir ki, hazırda "Bir Gecə Nağılı" adlı serialda Burak Deniz ilə baş rolları paylaşan Coşkun, doğum gününə aid şəkillərini sosial media hesabında paylaşıb.
Bordo rəngli kombin və ad günü tortu ilə obyektiv qarşısına keçən Su Burcu Yazgı Coşkun paylaşımına "Gedək!" qeydi yazıb.

Məşhur aktrisanın paylaşımı minlərlə bəyəni və “Ad günün mübarək”, “Xoşbəxt illər” kimi şərhlər toplayıb.
Digər tərəfdən, son həftələrdə Su Burcu Yazgı Coşkunun “Yuventus” klubunda çıxış edən futbolçu Kenan Yıldız ilə münasibət yaşadığı iddia olunmuşdu. Cütlük bu iddialara hələ də münasibət bildirməyib.