Yunanıstanın silahları ermənilərin sonunu tezləşdirəcək - ŞƏRH
03:26 24.05.2025
Siyasət
638
Bu, Ermənistanın hərbi yüksəlişi yox, “ümidsiz xəstə”nin çırpınışlarıdır
Ermənistan nümayəndə heyəti Kiprdə rəsmi səfərdədir. Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan Kipr (Yunan) Milli Qvardiyasının Baş Qərargah rəisi Georgios Tsitsikostas ilə görüşüb. Tərəflər hərbi əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər. Xatırladaq ki, Ermənistan Yunanıstanla da sıx əlaqədədir. Hətta Yunanıstandan xeyli silah-sursat da alınır. Üstəlik, ötənlərdə Ermənistan müdafiə naziri Almaniyaya səfər etmiş, tərəflər arasında hərbi əməkdaşlıq müzakirə olunmuşdu. Bütün bunlar göstərir ki, Ermənistan hərbi cəhətdən güclənmək yolunu tutub.
Politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında deyib ki, Ermənistanın silahlanma cəhdləri "ümidsiz xəstənin çırpınışları"na bənzəyir. Ekspertin sözlərinə görə, Ermənistan heç bir xeyri olmayacağını bilə-bilə Azərbaycanı qıcıqlandırmaqla məşğuldur:
"Ermənistan bu cür addımlarla Azərbaycana meydan oxumağa cəhd edir. Dəfələrlə Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlıqlarına baxmayaraq, yenidən silahlanmaya cəhd edilməsi İrəvan üçün yaxşı bitməyəcək. Yunan, hindli, fransız gəlib ermənilərin yerinə Azərbaycan Ordusunun qarşısında durmayacaq. Fərariliyin at oynatdığı erməni ordusu yenə Azərbaycan əsgərinin qarşısında məhv olacaq. Bəzi ölkələrdən əldə etdiyi silahlar da yenidən Azərbaycan Ordusuna qalacaq. Əlbəttə, bizə qalan sadəcə silahlar olmayacaq. Həmin silahların yerləşdiyi ərazilər də Azərbaycana təhlükə yaratdığı üçün ordumuzun nəzarətinə keçəcək. Hesab edirəm ki, Ermənistan rəhbərliyi təhlükəsizliyini qorumaq üçün hərbi sahədəki aktivliyini sıfıra endirməlidir. Yaxşı olar ki, İrəvan Azərbaycanın müharibədən sonrakı xoş niyyətindən sui-istifadə etməsin. Azərbaycan Ordusuna tuşlanan hər silah Ermənistanın dövlətçiliyinə tuşlanıb. Ermənistanın təhlükəsizliyini qorumaq arzusuna düşənlər əllərindəki yarımçıq dövlətdən də olacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət