Aparıcı Vüsalə ilk dəfə boşanmasından danışdı: "Səhvim olmayıb"
Yusif Sultanoğlu
08:20 05.07.2021
Şou
1284
Aparıcı Vüsalə Əlizadə ilk dəfə Azər Zahidlə boşanmasından danışıb.
“Sherg.az” xəbər verir ki, o, “Onun sirri” proqramında 9 ildir ayrıldıqlarını söyləyib:
“Diləyin bir yaşı olanda boşandıq. İndiyə qədər heç vaxt heç yerdə onun özü və ailəsi ilə bağlı xoşagəlməz söz işlətməmişəm. Bunu ailəmdən aldığım tərbiyəyə, insani keyfiyyətlərimə və qız övladı böyütməyimə görə etməmişəm. Xüsusilə vurğulayıram ki, hansısa bir məbləğ, hətta milyon belə məni bu mövzuda danışdıra bilməz. Mənə çox təzyiqlər oldu. Adımı yersiz hallandırdılar, bəzən ünvanıma təhqirlər səsləndirdilər. Lakin Diləyə görə susdum. Deyəcək sözlərim var. Hər şey arxivdir. Övladım həyatı başa düşəcək bir yaşa gələndə biləcək. Ondan danışmaq istəmirəm. Ailəsi var, özü bilər. Mən övladımla çox xoşbəxtəm. Diləyin sevgisi mənə dünyadır. Deyirlər, elin ağzı torba deyil ki, bükəsən. Ailəm, qohum-əqraba hamı bilir ki, mənim bir qram belə səhvim olmayıb. Sadəcə biz anlaşmamışıq. Problemlər bundan yaranıb. Mən sağlamlığımı təhlükəyə atıb övlad dünyaya gətirmək üçün ölümümə imza atdım. Azərbaycanda böyrək köçürmədən sonra uşaq dünyaya gətirən ilk qadınam. Bu həm qəhrəmanlıqdır, həm də həyatımdır. Böyrək köçürmə çox xanımda olub. Hər kəs bu riskə getmir. Həkimlərimiz də məsuliyyəti boyunlarına götürmürdü. Mənə təklif olundu ki, uşağı tələf etmək lazımdır. Ona görə sənəd imzaladım. Ailəmi qorumaq üçün hər riski gözə almışdım”.
Qeyd edək ki, A.Zahid və V.Əlizadənin bir qız övladı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə