Demi Murun paylaşımı rekord qırdı
Yusif Nəzərli
12:52 18.08.2023
Şou
856
Anası ona dəstək olub, ürək-dirək verib
Hollivud ulduzu Demi Mur bu günlərdə qızıyla bağlı paylaşım edib. Məşhur aktrisanın paylaşımı rekord sayda izlənib və bəyənmə toplayıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Demi Mur və Bryus Uillis cütlüyü hər nə qədər Hollivudun ən xoşbəxt cütlüklərindən sayılsa da, onların 13 illik evliliyi 2000-ci ildə sona çatıb. Lakin cütlüyün ayrıldıqdan sonra da ailə kimi bir yerdə olması, sevənlərini bu gün də heyrətləndirir. Aktrisa ailə fotolarını tez-tez instaqram hesabı üzərindən paylaşır. Bu dəfə isə Demi Mur Bryus Uillislə böyük övladı – qızı Rumerin 35 yaşını illər əvvəl çəkilmiş fotoyla təbrik edib. Rumer övladını evdə dünyaya gətirib. Bu zamansa anası Demi Mur ona dəstək olub, ürək-dirək verib. Aktrisa Rumerin övladının dünyaya gəlməsi anlarına şahidliyini əks etdirən fotonu paylaşıb. Fotoda aktrisanın qızının əlini tutaraq ona mənəvi dəstək verdiyi görünür. Aktrisa fotoya bu sözləri əlavə edib: “Səni dünyaya gətirdiyim gün həyatım dəyişdi. Varlığıma dərinlik, anlam və məqsəd qatdın. Heç bilmədiyim, tanış olmadığım sevgi anlayışı gətirdin. İndi burada mənim övladımsan, öz övladınla birlikdə hamımızın həyatına daha böyük anlam, mözücə və sevgi gətirirsən. Səninlə qürur duyuram. Doğum günün mübarək olsun”. Aktrisa təbrikə qızı və nəvəsi ilə birgə çəkilmiş fotoları da əlavə edib. D.Murun 4.7 milyon təqibçisi paylaşımı bəyənib. D.Mur və B.Uillis cütlüyünün 32 yaşında daha bir qızı və 29 yaşlı oğlu da var. Cütlük boşansa da, övladlarıyla tez-tez bir araya gəlirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm