Sercan Yıldırım Survivor qalmaqalının pərdəarxasını açıqladı: "Məni qorumaq üçün susdu"

"Survivor" yarışmasının ən çox müzakirə olunan hadisələrindən biri olan Sercan Yıldırım-Beyza qalmaqalının pərdəarxası aylar sonra üzə çıxıb.

Sherg.az xəbər verir ki, Sercan Yıldırım Beyzanın gecə yarısı üzərək onun olduğu adaya gəlməsi ilə bağlı yayılan romantik münasibət iddialarını təkzib edib.

Onun sözlərinə görə, hadisənin emosional münasibətlə heç bir əlaqəsi olmayıb. Sercan bildirib ki, yarışma zamanı qaydaları pozaraq kənardan ərzaq əldə edib və Beyza da bu barədə məlumatlı olub.

"Əgər həmin vaxt bunu Acun ağabəyə desəydik, mən dərhal cəza alacaqdım. Beyza da məni qorumaq üçün susdu və özünü izah edə bilmədi", - deyə o bildirib.

Sercan Yıldırım Beyzaya hörmət və rəğbət bəslədiyini etiraf etsə də, aralarında sevgi münasibətinin olmadığını vurğulayıb.

"Onun sənətlə bağlı işlərini bəyənirdim, söhbəti maraqlı idi. Amma bu məsələ tamamilə başqa istiqamətə yönəldildi. Bunun üçün çox üzgünəm. Hər kəsin ailəsi var və bu mövzunun daha da şişirdilməsini istəmirəm", – deyə o əlavə edib.

Beləliklə, Yıldırım Beyza ilə bağlı aylardır gündəmdə olan iddiaların əsassız olduğunu və gecə görüşünün səbəbinin yarışmadakı qayda pozuntusunu gizlətmək olduğunu bildirib.