
Turaldan xanımının çimərlik paylaşımına reaksiya - FOTO
Yusif Nəzərli
21:29 05.01.2024
Şou
672
Tanınmış influenser və aparıcı Səma Abıyevanın paylaşımı müzakirələrə səbəb olub.
Sherg.az olay.az-a istinadən xəbər verir ki, buna isə onun Abu-Dabi tətilində çəkdirdiyi çimərlik geyimindəki fotoları paylaşması zəmin yaradıb. Belə ki, izləyiciləri bu postuna görə Səmanı tənqid atəşinə tutublar.
Ətraflı
Bütün bunların fonunda isə Abıyevanın aparıcı həyat yoldaşı Tural Yusifov xanımın paylaşımına alov və ürəkli emoji şərhini yazıb.
Bəzi istifadəçilərin Turala reaksiyasından sonra o iradlara belə cavab verib:
“Cəmiyyəti və dediyiniz balaları pozan cahillik və savadsızlıqdır. Siz stəkana boş tərəfindən baxırsız. Mütləq qaydada burada bir pis niyyət, pozulma və ya ayıb görürsünüz. İnsanlar azaddırlar və digərinin azadlığını pozmayana qədər hür qərarlarını verə bilərlər. Çimərliyə gedəndə hər halda gözümüzü yummuruq. Orada onlarla çimərlik geyimində şəxslər var və heç kim, heç kimə pis nəzərlə baxmır və maraqlanmır.

Biz isə “əxlaq” şüarı ilə yürüş keçirdir, adamların həyatının mərkəzi prospektinə özümüzə uyğun tikdiyimiz “əxlaq” bayrağını sancırıq. Düşünmürük ki, bizim biçdiyimiz bayraq sadəcə bizə uyğundur. Sizinlə eyni düşünməməyimiz səhv olmağımız anlamına gəlmir. Çox sevdiyim kitabda çox sevdiyim bir dialoq var: “Dünyada sadəcə, bir günah var, bircə dənə. Bu da oğurluqdur.. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Sən adam öldürəndə, onun həyatını oğurlayırsan, yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan..Özünə məxsus olmayanı götürən adam, fərqi yoxdur bu başqasının həyatı olsun, ya bir tikə çörək””.
Xatırladaq ki, cütlüyün iki övladı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm