Əhməd bəy Ağaoğlunun kitabxanasının bir hissəsi Türkiyyat İnstitutunda saxlanılır - FOTOLAR

Akif Aşırlı: "Vaxtilə övladları tərəfindən instituta bağışlanılan kitabların sayı 5 mindən cox olub"



Azəbaycanın böyük mütəfəkkiri, naşir və publisist, Türkiyə və Azərbaycan Cümhuriyyətlərinin qurulmasında yaxından iştirak edən icimai və dövlət xadimi Əhməd bəy Ağaoğlunun kitabxanasının bir hissəsi İstanbul Universitetinin Türkiyyat İnstitutunda saxlanılır.

Türkiyyat institutunun direktoru, professor Mustafa Balçı Azərbaycanda olarkən bu barədə məlumat vermişdi.

Ə.Ağaoğlunun Türkiyyat İnstitutunda qorunan kitabları ilə tanış olan Azərbaycan Türk Ocağının başqanı Akif Aşırlı Sherg.az-a deyib ki, vaxtilə övladları tərəfindən instituta bağışlanılan kitabların sayı 5 mindən cox olub:


"Ədəbiyyat, siyasət, hüquq, coğrafiya və dəqiq elmlərə aid olan kitablar ceşidlənib müxtəlif kitabxanalara verilib. Türkiyyat İnstitutunda isə yalnız türkologiya ,Türk tarixi, dilçilik, hüquq və ədəbiyyata aid kitablar saxlanılır. İngilis, rus, alman, fransız dillərində olan bu kitabların içərisində Azərbaycana aid olanlar da var. Hətta bəzi kitablar müəllifləri tərəfindən Ə.Ağaoğluna hədiyyə edilib. Milli Azərbaycan nəşriyyatının 1928-ci ildə nəşr etdiyi "İstiqlal uğrunda", Miryaqubun "Beynəlmiləl siyasətdə petrol", Əli bəy Hüseynzadənin Bakıda və İstanbulda tərcümə etdiyi iki kitab, Hadinin 1908-ci ildə Bakıda nəşr etdiyi "Firdevsi-ilhamat"  kitabları kitabxanada saxlanılır".