Almaniya 1904-cü ilin yayında Vaterberq müharibəsində bütün Xerero xalqını bircə savaşla yer üzündən silməyi hədəfləri. Alman əsgərləri adıçəkilən xalqı Kalaxari çölünə qədər geri çəkilməyə məcbur etdi. Almanların hesablaması və ümidi xereroların burada susuzluq və yorğunluqdan ölməsi idi. Elə xalqın minlərlə nümayəndəsinin başına gələn də bu oldu – aclıqdan, susuzluqdan və yorğunluqdan ölmək...
İyirminci əsrin ilk soyqırımı Avropadan minlərlə kilometr uzaqda, Afrikanın cənub-qərbində gerçəkləşdirildi. 1904-1909-cu illərdə regionu istila edən Almaniyaya qarşı ayağa qalxan xerero xalqının 80 faizi, Nama xalqının isə 50 faizi amansızcasına qətlə yetirildi.
“Dərin tarix” dərgisində, “Kayzerin soyqırımı” (“Kaiser’s Holocaust”) adı ilə dünyaya səs salan kitabın müəllifi, nigeriyalı tanınmış ssenarist David Olusuqa Almaniyanın Namibya soyqırımının acılı detallarını açıqlayan məqalə ilə çıxış edib.
Nigeriya əsilli ingilis tarixçi David Olusuqa
“Bütün xererolar, silah və heyvanı olsun ya da olmasın, dərhal edam ediləcəkdir. Nə qadınlara, nə də uşaqlara mərhəmət göstəriləcəkdir” sözləri ilə başlayan yazını Sherg.az Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən oxucularına təqdim edir:
1884-1915-ci illərdə Almaniyanın Cənub-Qərbi Afrikası deyə tanınan müstəmləkəsi Namibya, “yaddaş itkisi” deyilən bir nəsnəyə örnəkdir. Almanlar arxada o qədər az iz buraxmışdı ki, demək olar heç yerdə bu ölkədəki 30 illik sümürgə siyasətindən bəhs edilmirdi. İskelet sahilinin cənubundakı kiçik və tənha liman qəsəbələrindəki Bavyera tərzindəki evlərdən, alman “qəhrəmanlar”ın sağda-solda ucaldılmış heykəllərindən, Namibiyanın münbit ərazilərinə yerləşmiş, aralarında alman əsilli fermerlərin də olduğu bir neçə min nəfərdən başqa tarixi anladan heç nə yox idi. Bu böyük əraziyə və seyrək əhaliyə sahib ölkənin, bir zamanlar II Kayzer Vilhelmin imparatorluğuna aid torpaq parçası olduğunu sübut edəcək heç bir dəlil qalmamışdı.
Bu gün isə Almaniyada hər kəs ölkələri ilə Namibya arasındakı münasibətlərdən xəbərdardır. Çünki Kalaxari çölündəki qumların altında və Namibya Milli Arxivlərində Almaniyanın burada həyata keçirdiyi ən böyük günahlarının dəlilləri “gün üzünə” çıxdı. İnsanlar 100 illik susqunluqdan sonra ilk dəfədir ki, Almaniyanın uzun müddətdir ki tarixin arxivinə atılmış işğalçı imperatorluğundan danışır. Həmçinin bu müzakirələr dövlətlər arasında, yəni ən yüksək səviyyədə aparılır.
Namibyadakı iki etnik xalqın - Xerero və Nama xalqlarının adına Almaniya qəzetlərinin ilk səhifələrində rast gəlinir.
“Təslim olsanız da öləcəksiniz”
20-ci əsrin əvvəllərində yaşamış bu xalqların adını almanlar indi yaxşı bilirlər. Xerero xalqı 1904-cü ildə alman müstəmləkəçilərinin yol-yöndəm bilməyən pis rəftarlarına və işğalçıların torpaqlarını asta, amma sistemli şəkildə mənimsəmələrinə əsəbiləşərək Almaniya idarəçiliyinə qarşı etiraza qalxdı. Berlinin bu üsyana verdiyi cavab, Avropada erkən müstəmləkəçilik dövrünün standartlarına görə daha sərt sayılır. Həmin vaxt “müstəmləkəçilik professoru” olan və Bokser üsyanında döyüşən general Lotar von Trotxa xereroların üsyanı səbəbindən Namibyaya göndərildi.
O, 1904-cü ilin yayında Veterberq müharibəsində bütün Xerero xalqının yer üzündən silinməsini hədəflədi. Trotxanın planı uğur qazanmasa da, alman əsgərləriXerero xalqını Kalaxari çölünə qədər geri çəkilməyə məcbur etdi. Almanların hesablaması və ümidi xereroların burada susuzluq və yorğunluqdan ölməsi idi. Elə xalqın minlərlə nümayəndəsinin başına gələn də bu oldu.
Trotxa daha sonra 20-ci əsrin ən şokedici sənədlərindən birini imzaladı. Bu sənədin adı “Məhvetmə Əmri” idi. Əsli tapılmasa da sürəti günümüzədək qorunub-saxlanmış sənəddə, yazılı və açıq şəkildə soyqırım əmri verildiyi sübuta yetirilir. Xerero xalqına xitabən yazılan əmrdə bu sözlərə yer verilib – “Xererolar dərhal ölkəni tərk etməlidir. Əgər öz istəkləri ilə çıxmasalar, bunu top mərmiləri ilə edəcəm. Almanlara aid bölgədə olan bütün xererolar, silahı və heyvanı olsun ya da olmasın, dərhal edam ediləcəkdir. Nə qadınlara, nə də uşaqlara mərhəmət göstəriləcəkdir. Bu insanların Almaniyaya aid ərazilərdən çıxarılıb öldürülmələri üçün gərəkən əmrləri verəcəm. Xerero xalqına son sözüm budur”.
Almanların toparlanma düşərgələri inşa etmələrinin arxasında başqa bir hədəf dayanırdı -xereroların sayını azaltmaq. Eyni məntiq və eyni təcrübə, növbəti il üsyana qalxan Nama xalqına da tətbiq edildi. Öncə təslim oldular, ardından əsir düşərgələrində qətlə yetirildilər.
“Məhvetmə Əmri”nin yayılmasından sonrakı üç il içərisində xereroların 80 faizi, daha kiçik etnik xalq olan və Namibyanın cənubunda yaşayan namaların isə 50 faizi öldü. Minlərlə insan düşərgələrdə həyatını itirdi. Modern Almaniyanı bu gün bu qədər narahat edən detal xerero və namaların uğradığı soyqırımdır.
Düşərgələri 1904-cü il üçün yeni icad deyildi. 1896-cı ildə baş verən üsyanı yatırmaq üçün ispanlar tərəfindən Kubada, sonralar ingilislər tərəfindən Boer müharibəsində bu üsula əl atılmışdı. Hətta “Toplama düşərgəsi” ifadəsini ilk dəfə deyən də bir ingilis millət vəkili idi. Hər cəhətdən bu düşərgələr mülkü əhali üçün ölüm, dolayısıyla fəlakət mənası daşıyırdı. Cənuni Afrikada olan ingilislər üçün düşərgələr, guya gerilla gruplarına verilən xalq dəstəyinin qarşısını almaq üçün idi.
Amma, Namibyadakı alman hərbi birləşmələri 1905-ci ildə xereroları heyvan maşınlarına mindirib yeni inşa yeni inşa etdikləri düşərgələrə apardıqda, Vaterberq müharibəsi arxada qalmışdı. Yəni almanlar müharibədə onsuz da qalib gəlmişdilər.
Xererolar uduzmuş, dağılmış, bir çoxu Kalaxari çölünə qaçmış, həyatda qalanlar isə yaxalanıb sərhəddəki özəl düşərgələrə aparılmışdı. Yəni ki, Almaniya müstəmləkəsinin xererolara aid bölgələrində qarşısı alınacaq təşkilatlanmış gerilla müharibəsi yox idi.
Namibyadakı düşərgələrin Kuba və Cənubi Afrikadakı kamplardan fərqli bir tərəfi var idi. Belə ki, alman əsgərləri və müstəmləkə yetkililəri, düşərgə qanunlarına birini də əlavə etmişdilər - zorla işlətməyi. Almanların inşa etdiyi düşərgələr təkcə qaçqınları toplama üçün yox, həm də işlətmək üçün idi. Bu da ölümlərin sayının ciddi çoxalmasına səbəb olmuşdu.
Xerero və Nama xalqlarının uğradığı soyqırımın baş verdiyi bölgələrdəki ən diqqətçəkən tərəf, həm sayca çox olmaları, həm də törədilən bütün cinayətlərin açıq şəkildə ifadə edilməsidir. Almanların bu müstəmləkədəki varlığını, idarəçiliyini bir çox detalı ilə ortaya qoyan və günümüzə əskiksiz olaraq çatan bu dəlilləri, 1915-ci ildə bölgəni işğal edən ingilis və Cənubi afrikalı əsgərlər ələ keçirib.
O vaxt bir ingilis müfəttişi Xerero və Nama xalqlarından sağ qalanlarla görüşüb. Bu adamların verdiyi, məlumatlar almanlara qarşı hüquqi zəmində aparılan mübarizəyə yardım edir.
Xerero və Nama xalqlarının başına gələn fəlakətlər, ölümlərindən sonra da davam edirdi. Meyitlərin kəllələri, ortadan ikiyə ayrılmış başlar və digər bədən üzvləri toplanır, sandıqlara qoyulur, alman antropoloqlarının araşdırmaları üçün Berlinə göndərilirdi.
Meyitlərin başları nəyə görə Berlinə göndərilirdi?
Namibyanın paytaxtı Vindhoekdəki arxivlərdə saxlanan minlərlə sənəd və şəkillər var. Xerero və Nama xalqlarına qarşı törədilən soyqırımın bu qədər incə şəkildə sənədləşdirilməsi, yəni şəkillərinin çəkilib, qətliamın bütün detallarıyla arxivlənməsi onu deməyə əsas verir ki, bu cinayəti törədənlər cinayət törətdiklərini ağıllarının ucundan belə keçirməyiblər.
Sənədlərə baxanda, bir dəri, bir sümük qalmış yarıçılpaq qadın əsirlərin yanında qürurla poz verənlərin, özlərinin və ölkələrinin bu cinayətə görə cavab qverməyəcəklərindən son dərəcə əmin olduqları görünür. Görünür onların fikrincə törətdikləri qətliamlar iki kiçik və dəyərsiz afrikalı qəbilənin tarix səhnəsindən silinməsindən başqa bir şey deyilmiş.
1904-08 –ci illərdə yaşanan hadisələrin iyrənc tərəfini göstərən element toplama düşərgələrində öldürülənlər haqqında məlumatların sənəd və şəkillərlə üzə çıxmasıdır. Bu düşərgələrini inşa etdirən yetkililər, buranın düşməni nəzarətə almaq üçün yox, burada olan bütün xerero və namaların kökünün kəsilməsi üçün vasitə olduğunu yaxşı bilirdilər.
Bugünlərdə Almaniya Xerero və Nama xalqlarına qarşı törədilən soyqırımın sayısız-hesabsız dəlilləri, xalqların artıq haqq səslərini dünyaya çatdırmaq üçün başlatdıqları kampaniya ilə, ordularının 100 il əvvəl işlədiyi ağır cinayətlə üzləşmək məcburiyyətində qalıb. 2016-cı ildə Almaniyanın Xarici işlər naziri Frank-Valter Steinmeyer 1904-08-ci illərdə baş verən hadisələri “müharibə cinayəti və soyqırım” olaraq qəbullanmış oldu. Berlindəki Almaniya Tarix Müzeyində isə bu yaxınlarda “Namibya-Almaniya: Bölünmüş Bir Tarix” adlı sərgi açıldı. İndi gözlənti, Almaniya hökumətinin soyqırım üçün üzr istəmək yerinə, Xerero və Nama xalqlarına hansısa formada təzminat da ödəməsi istiqamətindədir. Demək olar ki, Almaniya 100 il davam edən dərin yuxudan oyandırıldı, həm də qəfldən.