Ukraynadakı münaqişəni neftin bir barrelinin qiymətini 30-40 dollara endirməklə dayandırmaq olar.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Bilmirəm izləyirsiniz ya yox, amma rus rublu yüksək neft qiymətləri səbəbindən maksimum göstəriciyə çatıb. Bundan əlavə, onlar indi ödəniş kimi yalnız rubl, öz valyutalarını qəbul edirlər. Bizim dollarımız qalmayacaq, heç nəyimiz qalmayacaq”, - Tramp bildirib.