Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Antalyada Aspendos Antik Şəhərində aparılan qazıntılar zamanı Roma İmperiyası dövrünə aid 2 min illik Zevs və Afrodita heykəllərinin tapıldığını açıqlayıb.
Sherg.az xəbər verir ki, Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy, sosial media hesabından verdiyi açıqlamada, "Gələcəyə bir miras qoymağa çalışırıq! Roma İmperatorluğu Dövrünə aid iki möhtəşəm heykəl tapıldı. “Gələcəyə İrs” layihəsi çərçivəsində aparılan qazıntılar zamanı iki möhtəşəm Zevs və Afrodita heykəli aşkar edilib. Stoa Kompleksi, üzə çıxaracağımız işlərin və tikililərin ölkəmizin mədəni və turizm həyatına faydalı olacağına ümid edirəm” -deyib.