Azərbaycan Türk Ocağından Gəncə üsyanının 102-ci ildönümü münasibəti ilə MÜRACİƏT
19:10 25.05.2022
Tarix
867
Azərbaycan Türk Ocağı Gəncə üsyanının 102 - ci ildönümü münasibəti ilə müraciət imzalayıb. "Sherg.az" xəbər verir ki, müraciətdə müstəqillik tariximizdə önəmli yeri olan bu hadisənin daim xatırlanmasının vacib olduğu vurğulanır :
"Aprelin 27 - dən 28 - nə kecən gecə bolşevik Rusiyası Azərbaycan Cümhuriyyətinin sərhədlərini kecərək çevriliş etdi.Azərbaycanın milli hərbi qüvvələri , ziyalılar, milli maraqları müdafiə edən qüvvələr İstiqlala qəsdi bağışlaya bilməzdi .Azərbaycan milli ordusunu sıradan cıxarma planlarının qarşısının alınması , bolşevik qüvvələrinin xalqın malını talaması , adət - ənənələrə zidd davranışları ciddi etirazlar doğurdu. Cıxış yolu ayağa qalxıb , xalqın gücünə arxalanaraq ücrəngli bayrağı yenidən ucaltmaq idi.Plan Gəncədə hazırlandı.Beləliklə , sovet-bolşevik işğalına qarşı 1920-ci ilin mayın 25-də başlayan , bir həftədən cox davam edən Gəncə üsyanı baş verdi.
Bu tarixi hadisədən düz 102 il kecir.
Gəncəlilər İstiqlal savaşı tarixində iki dəfə unudulmaz iz buraxıblar. İlk dəfə 1804-cü ilin yanvarın əvvəllərində Gəncəli Cavad xanın Çar Rusiyasıın işğalçı siyasətinə qarşı savaşaraq oğlu ilə birgə qəhrəmancasına şəhid olub. İkinci tarix 1920-ci ildə sovet Rusiyasının Cümhuriyyətimizi devirməsinə qarşı Gəncədə başlayan üsyandır.
Bolşevikləri təlatümə , qorxuya salan bu üsyana Azərbaycan Cümhuriyyətinin mübariz , peşəkar , Vətənsevər hərbçilərindən Məhəmməd Mirzə Qacar, Cavad bəy Şıxlinski, Teymur bəy Novruzov və Cahangir bəy Kazımbəyli rəhbərlik ediblər.
Üsyanın davam etdiyi bir həftə ərzində təxminən 20 minə yaxın rus-bolşevik hərbçisi və onlara xaincəsinə kömək edən ermənilər məhv edilib.
Vətəni yenidən İstiqlalına qovuşdurmaq istəyən sayları o qədər də cox olmayan savaşcının üzərinə göndərilən bir neçə rus-bolşevik diviziyasının hər tərəfdən şəhəri mühasirəyə salması , şiddətli hücumları nəticəsində Gəncə üsyanı mayın 31-də , bəzi mənbələrdə isə iyunun 2 - də xüsusi amansızlıqla yatırılıb.
Məğlubiyyətə uğrayan bu üsyan , sovet dönəmlərində təhriflərə uğradılsa da tariximizin şərəf səhifəsinə çevrildi.
Cümhuriyyət qurucularından biri , " İttihad " , " Azərbaycan " qəzetlərinin baş redaktoru , Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin üzvü , işğaldan sonra bir daha Azərbaycana geri dönməyən Ceyhun Hacıbəyli 1952-ci ildə nəşr edilən "Azərbaycan" jurnalında dərc olunan xatirəsində Gəncə üsyanının əhəmiyyətini bu formada izah edir :“Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib-götürdü”.
Qürurla anllacaq bu tarixi hadisə Azərbaycan tarixində həm də ona görə önəmli yer tutur ki, Gəncənin ardınca Qarabağda, Lənkəranda, Zaqatalada , Quba və digər bölgələrdə sovet-bolşevik işğalına qarşı zəncirvari şəkildə müqavimət hərəkatları baş verib.
Həmin üsyanlarda Cümhuriyyət və İstiqlal naminə həlak olan bütün şəhidlərimizi sayğı ilə anırıq. "
Azərbaycan Türk Ocağı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya