
Cümhuriyyət qurucularının irsi yaşadılsın! - “Arxivlərini gətirməliyik”
Yusif Nəzərli
14:01 25.05.2022
Tarix
1262
“Onların əsərlərinin çapı mərkəzləşdirilmiş qaydada aparılmalıdır”
“Bu gün Cümhuriyyət dövründə fəaliyyət göstərən insanların bir hissəsi sonradan mühacirət həyatı yaşayıb”
“Ceyhun Hacıbəylinin, Hilal Münşinin, Əhməd Ağaoğlunun, M.Ə.Rəsulzadənin, Xəlil bəy Xasməmmədovun, Şəfi bəy Rüstəmbəylinin və digərlərinin arxivlərini gətirməliyik”
Şərqdə ilk demokratik respublikanın qurulduğu gün 28 May yaxınlaşır. Yüz dörd il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti ( AXC ) cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı.AXC-nin yaradılmasında Məhəmməd Əmin Rəsulzadə, Əli Mərdanbəy Topçubaşov, Fətəlixan Xoyski kimi dahi şəxsiyyətlərin böyük əməyi keçib. AXC dövründə qaldırılan üçrəngli bayrağımız 2 ildir ki, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayılda, Qubadlı, Ağdam, Zəngilan və Füzulidə, ümumilikdə bütün Qarabağda dalğalanır. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, qalib ordumuzun şücaəti sayəsində Azərbaycan tarixi qələbəyə imza atdı.

Respublika gününü "Sherg.az"a dəyərləndirən BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublunun sözlərinə görə, Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olan AXC-nin siyasi, hüququ, mənəvi varisidir:
"Nə ediriksə, həmin dəyərlərdən bəhrələnməliyik. Ərazi bütövlüyümüzün qorunması , Qarabağdakı uğurlu əməliyyatlarımız, torpaqlarımızın işğaldan azad edilməsi Cümhuriyyətimizin bizə qoyduğu ənənədir. Cümhuriyyət qurucularının irsinin yaşadılması istiqamətində bəzi işlər görməliyik. Onların əsərlərinin çapı mərkəzləşdirilmiş qaydada aparılmalıdır. Cümhuriyyət dövründə fəaliyyət göstərən insanların bir hissəsi sonradan mühacirət həyatı yaşayıb. Ceyhun Hacıbəylinin, Hilal Münşinin, Əhməd Ağaoğlunun, M.Ə.Rəsulzadənin, Xəlil bəy Xasməmmədovun, Şəfi bəy Rüstəmbəylinin və digərlərinin arxivlərini gətirməliyik. Bu irsin sistemli şəkildə yeni nəslə çatdırılması üçün ayrıca araşdırma mərkəzinin qurulmasına ehtiyac var. Onların xatirəsini əbədiləşdirən muzey də yaradılmalıdır. Bakı şəhərində açılması daha uyğundur".
Tarixçi-alimin qənaətincə, Cümhuriyyət qurucularının məzarlarına diqqət yetirilməlidir:
"Bəzilərinin məzarları xarici ölkədədir, diqqətdən kənarda qalır. Təmir bərpa işləri həmin ölkələrdəki səfirliklərə, diaspor təşkilatlarına tapşırılmalıdır.
AXC qurucularının tərcümeyi-halları, bioqrafiyaları orta və ali məktəblərin tədrisinə daxil edilməlidir. Onların dövlət sevgisi, vətənə bağlılıq hisslərinə dair broşürlər, kitablar, dərsliklər yazılmalıdır. Nəticə etibarilə, gənclərimizin milli, mənəvi dünya görüşünün, tərbiyə sisteminin formalaşmasına ciddi təsir göstərsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya