
İlahiyyatçı: İrəvan qazısının fəaliyyətinin bərpası çox önəmli məsələdir
09:46 22.05.2025
Tarix
1441
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısı vəzifəsinə Bəxtiyar Nəcəfovun namizədliyi irəli sürülüb.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında deyib.
Sonra Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin olunması səsə qoyularaq qəbul edilib. Daha sonra İrəvan Qazısının Əsasnaməsi təsdiqlənib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev QMİ-nin Qazılar Şurasının iclasında Əsasnməni səsləndirib.
Qeyd edilib ki, İrəvan qazılığı hələ ki, QMİ-nin binasında yerləşəcək.
Allahşükür Paşazadə bildirib ki, İrəvan qazısı olaraq, Azərbaycanın ən mötəbər adamları təyin edilib:
"İrəvan quberniyasında 300-dən artıq məscid, onlarla mədrəsə olub. İrəvan qazısı olaraq, Azərbaycanın ən mötəbər adamları təyin edilib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə islam sivilizasiyası yerlə bir edilib. Bu işğal QMİ-nin İrəvan qazılığına da təsirsiz ötüşməyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad edib, o ərazilər indi bərpa edilir, yenidənqurma işləri aparılır. Bütün bunlar İrəvan Qazılığının da işinin yenidən qurulmasını labüd etdi”.
Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, tarixən bizim Qərbi Azərbaycanın regionları, bölgələri üzrə qazılar, din alimləri fəaliyyət göstərib:

“O cümlədən İrəvan qazılığı da olub. Hazırda bu məsələnin gündəmə gətirilməsi və İrəvan qazısının fəaliyyətinin bərpa olunması çox önəmli məsələdir. Bu, bizim çoxdankı arzumuz və istəyimiz idi. Qərbi Azərbaycan İcması var və əhəmiyyətini özündə saxlayır. Təbii ki, əhalinin dini inancına uyğun olaraq qazının da fəaliyyəti təbii ehtiyacdan yaranan məsələlərdəndir. Məlumdur ki, Ermənistanla sülh danışıqları artıq effekt verir və ehtimal ki, yaxın zamanda öz müsbət nəticələrini ortaya qoyacaq. Qərbi Azərbaycan əhalisinin öz yurdlarında yenidən qayıtması, tarixi, siyasi, hüquqi zərurətdir. Belə olduğu halda dini icmaların mövcudluğu, din xadimlərinin fəaliyyəti də digər məsələlər kimi labüdləşir. İrəvanda bizim məscidlərimiz, mədrəsə və dini ocaqlarımız fəaliyyət göstərib. Hazırda regionda Azərbaycan tarixi ədaləti bərpa etmək əzmindədir. Bu fürsətdən istifadə edərək Qafqaz Müsəlmanları İdarəsinin İrəvan üzrə qazılığı bərpa etməsini müsbət qarşılamalıyıq. Yerindən, yurdundan edilmiş Qərbi Azərbaycan əhalisi müsəlmandır və dini inanca uyğun olaraq qazının fəaliyyəti də mütləq şəkildə vacibdir. Dövlətin apardığı səmərəli siyasət nəticəsində inşallah əhalimiz öz yerlərinə qayıtdıqda şübhəsiz ki, qazılar da İrəvanda, Göyçədə, Dərələyəzdə, Vedidə və digər tarixi mahallarımızda fəaliyyətlərini davam etdirəcəklər. Əvvəllər də bu belə olub. Hər bir halda bu, xalqımızın inancı, dini etiqadının danılmaz haqqı kimi vacibdir”.
Ekspert vurğulayıb ki, Qafqaz Müsəlmanları İdarəsinin bütün addımları təbii ki, dövlət maraqlarına zidd olmamalıdır:
“Bu qazılığın bərpası zamanı kənar təsirlər, xarici maraqlar rol oynamamalıdır. Qafqaz Müsəlmanları İdarəsi kənar təsirlərə uymamalı, bəzən yol verdiyi strateji səhvlərə bir də yol verməməlidir. Bu qazılığın fəaliyyəti Azərbaycan dövlətinin daxili və xarici siyasətinin prinsiplərinə xələl gətirməməli, əksinə dəstək verməlidir. Təqlidçilik adı altında xarici maraqların bu məsələdə özünə boşluq tapmasına fürsət yaratmamalıdır. Çünki bu qazılıq indidən hansı istiqamətdə yeni fəaliyyət təməllərini atacaqsa sonra da o cür davam edəcək. Odur ki, indidən dövlət siyasətinə uyğun, xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə fəaliyyətini qurmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı