Türkiyənin impakt faktorlu jurnalının xüsusi buraxılışı Yaqub Mahmudova həsr olunub
15:27 04.03.2020
Tarix
842
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyində olub.
Tarix İnstitutundan verilən məlumata görə, görüş Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunub.
Görüşdə Yaqub Mahmudov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi altında Tarix İnstitutu beynəlxalq soyqırımı konfransları keçirib: “İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir.
Biz Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarıyla bağlı ayrı-ayrılıqda monoqrafiyalar çap etdirmişik. Xocalı faciəsi 1918-ci il mart soyqırımının davamıdır. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala müsahibəsində Xocalı soyqırımının təşkilatçılarından olduğunu özü etiraf edib”.
“Türk dünyasının görkəmli tarixi şəxsiyyətləri, o cümlədən Əmir Teymurla İldırım Bəyazid, Uzun Həsənlə Fateh Sultan Mehmet, Şah İsmayılla Sultan Səlim, Şah Təhmasiblə Sultan Süleyman qarşı-qarşıya qoyulmamalıdır. Bu qarşıdurmada Qərb diplomatiyasının mühüm rolu olub. Biz tarixi reallığı nəzərə alaraq şəxsiyyətlərimizə sahib çıxmalıyıq”, - deyə akademik qeyd edib.
Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba deyib ki, dərnək Tarix İnstitutu ilə sıx əməkdaşlıq edir. İnstitutun elmi dəstəyi ilə Ankara şəhərində Xocalı soyqırımı parkı və abidə kompleksinin tikintisinə başlanıb. Bu kompleks Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti arasında imzalanan anlaşmaya əsasən universitet ərazisində fəaliyyət göstərəcək.
Görüşdə bildirilib ki, Tarix İnstitutu erməni təcavüzkarlarının işğalçılıq siyasətinə qarşı müxtəlif dillərdə “Qarabağ: real tarix, faktlar, sənədlər”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “Real tarix və “Böyük Ermənistan” uydurması” və digər kitabları nəşr etdirib.
Tədbirdə, həmçinin Türkiyənin impakt faktorlu jurnalı olan “Akademik Tarix və Düşüncə” dərgisinin Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunan xüsusi buraxılışının təqdimatı da keçirilib. Xüsusi buraxılışa Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya, Albaniya və başqa ölkələrdən olan görkəmli alimlərin Yaqub Mahmudov haqqında məqalələri və xatirələri daxil edilib. Dərgi Türkiyənin Qazi Universitetinin Təhsil Elmləri İnstitutunun direktoru, professor Selma Yelin “Əli bəy Hüseynzadənin izində professor Yaqub Mahmudov” adlı irihəcmli məqaləsi ilə başlayır. Jurnalda, həmçinin “Türk dünyası tarixçilərinin ağsaqqalı”, “Türk dünyasının yenidən inşası və Yaqub Mahmudovun çağırışları”, “Türk dünyasının yaşayan ulu çinarlarından: Yaqub müəllim”, “Yaqub Mahmudov – türk dünyası tarix elminin korifeyi”, “Yaqub Mahmudov – Azərbaycanın böyük tarixçisi” və digər yazılar da yer alıb.
Sonda Yaqub Mahmudov Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinə, Qazi Universitetinə və Ankara Universitetinə Tarix İnstitutunun nəşrlərini təqdim edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya