Xaricdə təhsil alan gənclərimizin təşkilatlanmasına ehtiyac var – Hərəkətə keçilməlidir

"Hazırda xaricdə təhsil alan gənclərimizin təşkilatlanmasına, problem və maraqlarının ortaq müzakirəsinə həmişə olduğundan dəfələrlə çox ehtiyac var".

Bunu Sherg.az-a açıqlamasında İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

Gənc fəal bildirib ki, gənclərimiz xaricdə onlarla işləməyə məsul olan dövlət qurumları və ictimai təşkilatların diqqətsizliyindən xeyli narahatdılar: 

"Bundan bəzən uzaqgedən nəticələr də çıxarırlar. Gənclərimizin xaricdə keyfiyyətli təhsil alması və qayğıyla əhatə olunması məsələsində cənab Prezident səviyyəsində siyasi iradənin mövcudluğuna rəğmən, belə vəziyyətin yaranması bu, sahəyə məsul olan bir çox şəxslərin fəaliyyətsizliyinin nəticəsidir.



Təcili müdaxilə tələb edən bu sahəyə ən qısa zamanda yanaşma dəyişməzsə, həm milli maraqlar naminə təbliğat işində, həm də gənclərin dövlətçilik ruhunda formalaşması məsələsində ciddi problemlər qaçılmaz ola bilər".