Azərbaycanda bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsilverənlər attestasiyadan keçirilə bilər.
Bu barədə Oxu.Az-a Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, bununla bağlı “Peşə təhsili haqqında” qanuna dəyişiklik edilməsi gözlənilir.
Qanunun 13-cü maddəsinə belə bir dəyişiklik təklif edilir ki, bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilverənlərin attestasiyası keçirilsin.
Qeyd edək ki, martın 16-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçiriləcək.