Online dərsləri ödənişli edən müəllimlər var? - RƏSMİ CAVAB

Oxucuların bəzilərinin verdiyi məlumata görə, ibtidai sinif müəllimləri arasında şagirdlərə online dərsləri ödəniş qarşılığında keçən müəllimlər var.

Məsələ ilə bağlı Lent.az -a açıqlama verən təhsil nazirinin müşaviri Elnur Məmmədov bu barədə nazirlikdə məlumat olmadığını deyib: "Məktəb proqramı əsasında onlayn dərslərin keçirilməsi üçün şagirddən hansısa vəsaitin ödənilməsini tələb etmək müzakirə oluna bilməz. Məsələnin mənəvi tərəfini qoyaq bir tərəfə, bu gün evdə oturan müəllimlərə dövlətimiz əmək haqqı ödəyir".

Qeyd edək ki, hazırda Təhsil Nazirliyinin teledərslər layihəsi çərçivəsində efirdən dərslər yayımlanır.
Eyni zamanda, artıq 230-mindən çox şagirdin qeydiyyatdan keçdiyi "Virtual məktəb" layihəsi var ki, şagirdlər bu yolla da dərslərlə tanış ola bilərlər. Növbəti mərhələdə layihəyə müəllimlər də cəlb olunacaq.