“Onlayn dərslərlə məktəbdə keçirilən dərslər arasında kefiyyət və enerji baxımından fərq böyükdür”
“Bəzi şagirdlərdə maddi baxımdan çətinliklər yaranıb. Eləsi də var evində vahid internet şəbəkəsi yoxdur”
“Bu kimi çətin durumlarda müəllimlərimiz şagirdləri ev telefonu ilə dərsə cəlb etməyə çalışır”
Mart ayının əvvəlindən başlayaraq “COVİD-19” pandemiyasına görə ölkə ərazisində bütün təhsil müəssisələri müvəqqəti olaraq bağlanıb. İki aya yaxındır, şagirdlər məktəbə getmir. Amma dərslər davam edir. Bütün məktəblərdə şagirlər və müəllimlər evdən çıxmadan onlayın formada dərslərə qaldıqları yerdən davam edir.
Əllbəttə, onlayın dərslər məktəbdəki tədrislə müqayisə oluna bilməz. Lakin mövcud şəraitdə tədrisin davam etməsi üçün ən ideal variant onlayn dərslərdir. Maraqlıdır, onyan dərslərdə müəllim və şagirdlər hansı problemlərlə qarşılaşır? Ümumiyyətlə bu proses necə gedir?
“Sherg.az” olaraq məsələni Bakıda yerləşən Fizuli rayon 3 nömrəli məktəbin direktoru Ruhiyyə İmanova ilə müzakirə etdik.
-Rəhbərlik etdiyiniz məktəb onlayn dərslər sisteminə qoşulubmu?
- Mövcud vəziyyətlə əlaqəli məktəbimiz onlayn dərs sisteminə qoşulub və hazırda dərslər davam edir. “COVİD-19” pandemiyası ilə bağlı mart ayının əvvəllərində bütün təhsil müəssisələrində dərslərin tədrisi dayandı. Daha sonra ciddi rejim tətbiq edildikdə şagirdlərin məktəbdən uzaq qalma müddəti artdı. Mövcud şərəaitdə təhsil işçiləri olaraq şagirdlərin təhsildən geridə qalmaması üşün İKT vasitələrindən maksimum şəkildə istifadə etməyə başladıq. Təhsil Nazirliyinin göstərişi ilə müəllim və şagirdləri onlayn və virtual dərslərə cəlb etdik.
- Onlayn və virtual dərslə məktəbdə tədris olunan real dərs arasında nə kimi fərqlər var? Hazırkı dərs sistemi ümumtədris planının şərtlərini ödəyə bilirmi?
- Onlayn dərslərlə məktəbdə keçirilən dərslər arasında fərq böyükdür. Təhsil işçiləri olaraq şagirdlərin təhsildən geri qalmaması üçün onlayn dərslər tətbiq etdik. Amma bu o demək deyil ki, onlayn dərslər ümumtəhsil planını ödəyir. Sadəcə bu tətbiq vasitəsi ilə şagirdlərin təhsildə geridə qalmasının qarşısını alırıq. Hazırda həm müəllimlər, həm də şagirdlər onlayn dərslərə adaptasiya olub. Düzdür, şagirdlərdən istənilən nəticələri əldə etməsək də, planın 70-80 faizini yerinə yetiririk. Onlayn dərslərlə məktəbdə keçirilən dərslər arasında həm kefiyyət, həm də sərf olunan enerji baxımından fərq böyükdür.
- Onlayn dərslər zamanı hansı problemlər qarşılaşmısınız?
- Onlayn dərslərdə istər texniki, istərsə də maddi baxımdan prblemlər olur. Xüsusən də maddi baxımdan bəzi şagirdlərdə çətinliklər yaranıb. Bəzi şagirdlərimizin evlərində vahid internet şəbəkəsi yoxdur. Maddiyyat cəhətdən çətinlik çəkən ailələr isə ödənişli internet paketləri əldə edə bilmir. Artıq bu zaman həmin şagirdlər dərsdən yayınır. Digər tərəfdən bəzi şagirlərimizin valideynlərinin İKT bilikləri az olur. Artıq bu zaman da problemlərlə qarşılaşırıq. Bu kimi çətin durumlarda məktəbimizin müəllimləri şagirdləri ev telefonu ilə dərsə cəlb etməyə çalışır.
-Şagirdləri virtual dərslərə cəlb edirsizmi?
-Bəli, təhsilin davam etməsi üçün bu vasitədən də istifadə edirik. Həm televiziya kanallarından, həm də internetdə yayımlanan virtual dərslərə şagirdləri cəlb edirik. Xüsusən maddi problemə görə onlayn dərslərə qoşula bilməyən şagirdlərimizi “ARB” və “Mədəniyyət” kanallarında yayımlanan virtual dərslərə yönləndiririk.
-Pandemiyayla bağlı yaranan bu müddət ərzində valideynlər müəllimlərə dəstək olurmu?
-Bu gün müəllimlər olaraq valideynlərdən çox razıyıq. “Biz birlikdə güclüyük” şüarındakı kimi, valideyn, müəllim, şagird olaraq biz birlikdə güclüyük. Demək olar ki, bütün valideynlər bu sürəcdə müəllimlərə maksimum dərəcədə dəstək olur. Onlayn dərslərdə dərs müddəti az olduğundan yaranan boşluğu valideynlər doldurur. Xüsusən də valideynlər şagirdlərin virtual dərslərdə iştirak etməsində müstəsna rol oynayır.
-Bəzi mənbələrdə mövcud vəziyyətlə bağlı olaraq dərslərin tədrisinə tətil aylarında davam edəcəyi bildirilir....
-Belə bir məsəl var: “Təhsil okeanın o tayında olsa belə arxasınca getməlisən”. Əgər gələcəyimizi qurmaq üçün, dövlətmizə, millətimizə, ailəmizə xeyirli övlad olmaq üçün təhsil vacibdirsə, o zaman onun arxasınca getməliyik. Yəni təhsilin tədrisi tətil müddətində olsa belə, buna hazır olmalıyıq. Müəllim kollektivi olaraq Təhsil Nazirliyi tərəfindən hansı qərar verilsə, ona əməl etməyə hazırıq”.