Ekspert DİM-in qərarı ilə razıdır: "Abituriyentlər uşaq deyil ki..."

“Sualın cavabını bilən abituriyent tibbi maska ilə də yazacaq, maskasız da”


Dünən Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə brifinqi keçirilib. Brifinq zamanı DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yeni qaydalardan danışıb. O, abituriyentlərin imtahan zallarında tibbi maska ilə oturacağını deyib. 
  Etiraf etmək lazımdır ki, bu, ilkdir. İndiyə kimi heç kim tibb maska ilə imtahan verməyib. Özü də istidə.



Təhsil eksperti Almaz Həsrət isə "Sherg.az"a açıqlamasında  bunun məqsədəuyğun olduğunu deyib: 

"Sağlamlıqdan vacib heç nə yoxdur. DİM çox doğru qərar verib. Abituriyentlər uşaq deyil ki. Onsuz da son aylar hamı tibbi maska ilə gəzir. Onlar da buna öyrəşiblər. Sualın cavabını bilən abituriyent tibbi maska ilə də yazacaq, maskasız da".