DİQQƏT ! – “Keçid ballarında dəyişiklik ola bilər” - Nəticələr zəifdir !

2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları açıqlanıb. Abituriyentləri ötən illərdə ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir. Çünki keçid balları ixtisas seçimi zamanı doğru seçim etməkdə əsas rolu oynayır.

Builki ixtisaslar üzrə keçid ballarının aşağı düşəcəyinə dair müəyyən fikirlər və təkliflər var. Çox güman ki, pandemiya şəraiti keçdi ballarının endirilməsinə dair fikirlər formalaşdırıb. Maraqlıdır, belə hal mümkün ola bilərmi?



Sualımızı cavablandıran təhsil üzrə mütəxəssis Nadir İsrafilov “Sherg.az”a açıqlamasında heç vaxt keçid ballarının aşağı düşməsi və artmasını müzakirə obyekti hesab etmədiyini deyib. Ekspertin sözlərinə görə, keçid balları mövcud vəziyyətə uyğun təyin edilir:

“Təhsilin keyfiyyəti tez bir zamanda nə aşağı düşə bilər, nə də arta bilər. Bunun üçün illər tələb olunur. Məsələn, bu il yüksək göstəricilər az olduğu üçün böyük səs-küyə səbəb oldu.

Bunu təhsilin keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirdilər. Lakin belə deyil. Sadəcə olaraq ölkəmizdə 2 il öncə yeni imtahan modeli tətbiq edildi”.

N.İsrafilov qeyd edib ki, builki keçid ballarında müəyyən fərqlər əmələ gələ bilər:

“Pandemiya təhsilə də təsirsiz ötüşmədi. Təbii ki, fiziki, mənəvi və psixoloji gərginlik özünü göstərməmiş deyil. Lakin təhsilin keyfiyyətinin aşağı düşdüyünü söyləmək düzgün deyil.

Dövlətimiz bu sahədə müəyyən işlər gördü. Hər zaman olduğu kimi keçid ballarında yenə də dəyişikliklər ola bilər. Bu, abituriyentlərin ümumi göstəriciləri ilə əlaqədardır”.