Narahat olmağa dəyməz ! – “Şagirdlərin göstəriciləri qənaətbəxşdir”

Ötən il abituriyentlərin 40.2 faizi imtahandan “2”, 20.4 faiz “3”, 28.3 faiz, “4”, 11.1 faiz isə “5” qiymət alıb. 2018-ci ildə bu göstəricilər uyğun olaraq 46.4 faiz, 18.4 faiz, 23.6 faiz, 11.7 faiz olub. Ötən il “2” qiyməti alanların faizi nisbətən azalıb, “3” və “4” qiymət alanların faizi artıb, “5” qiymət alanların faizi isə nisbətən azalıb. 


2018-ci ildə bu göstəricilər, uyğun olaraq, 46.4 faiz, 18.4 faiz, 23.6 faiz, 11.7 faiz olub. Ötən il “2” qiymət alanların faizi nisbətən azalıb, “3” və “4” qiymət alanların faizi artıb, “5” qiymət alanların faizi isə nisbətən azalıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb.

Qəbul olanların 25.4 faizni “3”, 49.5 faizni “4”, 19.2 faizni isə “5” qiymət alanlar təşkil edib. 2018-ci ildə bu göstəricilər, uyğun olaraq 29.7 faiz, 42.7 faiz, 21.0 faiz olub. 



Təhsil eksperti, naşir Rafiq İsmayılovun “Sherg.az”a açıqlamasına görə, bu göstəricilər heç də təhsil keyfiyyətinin aşağı düşməsi demək deyil. 
Ekspert bildirib ki, sadəcə olaraq yeni test bankı yaradıldı. Şagirdlər ilk dəfə olaraq həmin test bankı ilə imtahan veriblər:

“Hesab edirəm ki, növbəti illərdə artıq bu məsələ tənzimlənəcək. Əvvəlcə, şagirdlərin orta göstəricilərini müəyyən etmək lazımdır. Suallar da bu göstərcilərə uyğun tətbiq olunmalıdır. Yəni sualların müəyyən qədəri ortadan yuxarı, müəyyən qədəri isə ortadan aşağı olmalıdır.  Lap yüksək göstəricilərə çatan abituriyentlər çox vaxt az olur. 2019-cu ildən abituriyentlərin orta göstərici müəyyən olunmayıb. Bu göstərici müəyyən olunanadan sonra dəqiq demək olar ki, şagirdlərin keyfiyyət göstəriciləri düşüb, yoxsa yox”.

R.İsmayılov qeyd edib ki, əvvəllər onlarla şagird balını 700-ə çatdırırdı. Lakin birdən-birə kurrikulum sisteminin tətbiqi dəyişiklik yaratdı:

“Şagirdlər tamamilə yeni təhsil məzmunu gördülər və bu məzmuna  uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) yeni test bankı yaratdı. Lakin DİM də şagirdlərin orta keyfiyyət göstəricisini araşdırmayıb. Ona görə də qeyd olunan rəqəm faizləri bir qədər yüksək qeyd olunub.

Düşünürəm ki, bu göstəricilərdə narahat olmağa dəyməz. Çünki o demək deyil ki, şagirdlərin göstəriciləri aşağıdır, əksinə intellekt baxımdan qənaətbəxşdir”.