Bu il daha az uşaq birinci sinfə gedəcək: Səbəbini nazir açıqlayıb


Azərbaycanda bu il ötən illə müqayisədə nisbətən daha az uşaq birinci sinfə gedəcək.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bunun səbəbi həm demoqrafik məsələlərlə bağlıdır: "Həm də bunu pandemiya ilə əlaqələndirmək olar. Təbii ki, birinci sinfə gedən uşaqların sayı, sinif sayı azaldıqda müəllimlər üçün vakant yerlərin sayı da azalır. Əgər ötən illərdə biz daha çox şagird sayının artımını müşahidə edirdiksə, növbəti illərdə azalmanı müşahidə edəcəyik".